...

Qırğızıstan-Azərbaycan FHN-ləri konkret təşəbbüslər həyata keçirir - Boobek Ajikeev

Cəmiyyət Materials 16 Dekabr 2025 13:20 (UTC +04:00)
Qırğızıstan-Azərbaycan FHN-ləri konkret təşəbbüslər həyata keçirir - Boobek Ajikeev
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Yanğınlar, texnogen qəzalar, strateji əhəmiyyətli obyektlərin, o cümlədən neft-qaz infrastrukturunun mühafizəsi, habelə zərərçəkmiş regionlara və xarici dövlətlərə yardımın göstərilməsi fəaliyyətləri Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin öz xalqı və beynəlxalq ictimaiyyət qarşısında yüksək potensialını, məsuliyyətini bariz şəkildə nümayiş etdirib.

Trend xəbər verir ki, bu fikirləri bu gün Qırğız Respublikasının fövqəladə nallar naziri general-leytenant Boobek Ajikeev Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü və Nazirliyin yaradılmasının 20-ci ildönümü ilə əlaqədar FHN-in Akademiyasında keçirilən təntənəli mərasimdə deyib.

“Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında ikitərəfli əməkdaşlıq müstəsna dərəcədə yüksək səviyyədədir və bu əməkdaşlıq həqiqi qardaşlıq, etimad və strateji xarakter daşıyır. Qurumlarımız arasında qarşılıqlı fəaliyyət yalnız bəyanatlarla məhdudlaşmır, konkret, praktik və həyati əhəmiyyətli təşəbbüslər vasitəsilə həyata keçirilir”, - o əlavə edib.

Nazir qeyd edib ki, əməkdaşlıq illəri ərzində peşəkar qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi formalaşdırılmışdır ki, biz bu səviyyəni birgə fəaliyyətin bütün istiqamətləri üzrə qoruyub saxlamağı və ardıcıl şəkildə inkişaf etdirməyi qarşıya məqsəd qoymuşuq.

“Çətin dövrlərdə Azərbaycan Respublikasının Qırğız Respublikasına göstərdiyi dəstəyi dərin minnətdarlıqla xatırlayırıq. Bu dəstəyə humanitar əməliyyatlarda iştirak və fövqəladə hallara reaksiya sisteminin potensialının gücləndirilməsinə verilən praktik töhfələr də daxildir. Bu addımlar Qırğız–Azərbaycan qardaşlığının tarixində səmimi dostluğun, həmrəyliyin və qarşılıqlı hörmətin rəmzi kimi əbədi olaraq qalacaq”, - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti