...

Ölkədə 4 milyon vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub - Nazir

Cəmiyyət Materials 16 Dekabr 2025 11:40 (UTC +04:00)
Ölkədə 4 milyon vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub - Nazir
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2018-ci ildən etibarən ölkədə 4 milyon vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub.

Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında çıxışında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda sosial sahədə genişmiqyaslı və davamlı islahatlar həyata keçirilir:

"Əhalinin sosial rifahına cavab verən yeni mexanizmlər formalaşdırılır, vətəndaşların sosial təminatı dövlət siyasətinin prioritet istiqaməti olaraq daim diqqət mərkəzində saxlanılır. 2018-ci ildən etibarən ölkədə 4 milyon vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub. Bu islahatların illik əlavə maliyyə yükü 7,6 milyard manat təşkil edib.

Əmək münasibətlərinin leqallaşması istiqamətində mühüm irəliləyişlər əldə olunub. Əmək müqavilələrinin sayı 45% artaraq 1,9 milyona çatıb, ölkə üzrə əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib.

Minimum əməkhaqqı 3,1 dəfə artırılaraq 400 manata, orta aylıq əməkhaqqı isə 2 dəfə artaraq 886 manata çatdırılıb. Minimum pensiya 2,9 dəfə artırılaraq 320 manata, orta aylıq pensiya isə 2,6 dəfə artaraq 540 manata yüksəlib.

Bununla yanaşı, əhaliyə ödənilən müavinətlər və Prezident təqaüdləri üzrə ödənişlərin həcmi 5 dəfə artıb. Bu göstəricilər ölkədə həyata keçirilən sosial islahatların əhəmiyyətli nəticələr verdiyini təsdiqləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti