Bakı. Trend:
İngiltərə Premyer Liqasının 16-cı turu "Mançester Yunayted" və "Bornmut" komandaları arasında keçirilən matçla yekunlaşıb.
Trend xəbər verir ki, "Old Trafford" stadionunda baş tutan qarşılaşma 4:4 hesabı ilə yekunlaşıb.
Gərgin mübarizə şəraitində keçən oyunda hər iki komanda hesabda növbə ilə öndə olub, lakin heç biri üstünlüyünü qoruya bilməyib.
Bu nəticə ilə "qırmızı şeytanlar" xallarını 26-ya, "Bornmut" isə 21-ə yüksəldib.
