...

Azərbaycanın neft koksu və neft bitumu ixracından gəlirləri artıb

İqtisadiyyat Materials 16 Dekabr 2025 11:42 (UTC +04:00)
Azərbaycanın neft koksu və neft bitumu ixracından gəlirləri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 59,9 milyon ABŞ dolları dəyərində 195 min ton neft koksu ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 44,042 milyon ABŞ dolları və ya 3,8 dəfə, həcm ifadəsində isə 8,4 min ton və ya 4,5% çoxdur.

Hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi ixracında 0,26% paya malik olub.

Eyni zamanda cari ilin yanvar-noyabr aylarında Azərbaycandan 1,137 milyon ABŞ dolları dəyərində 4 360 ton neft bitumu ixrac edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 917 min ABŞ dolları və ya 5,2 dəfə, həcm ifadəsində isə 3,2 min ton və ya 3,7 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti