...

AİB Azərbaycanla birgə DİM-lərin potensialının artırılması layihəsini dəstəkləyəcək

İqtisadiyyat Materials 16 Dekabr 2025 09:46 (UTC +04:00)
AİB Azərbaycanla birgə DİM-lərin potensialının artırılması layihəsini dəstəkləyəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı Azərbaycan və banka üzv olan bir sıra başqa ölkələrin də yer aldığı “Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin Təşviqi” təşəbbüsü çərçivəsində 4-cü Sub-layihənin gerçəkləşdirilməsi üçün Xüsusi Texniki Yardım Fondundan 500 min dollar həcmində qrantın ayrılmasını təsdiqləyib.

Bu barədə Trend banka istinadən xəbər verir.

Regional layihə Ermənistan, Azərbaycan, Butan, Gürcüstan, İndoneziya, Qazaxıstan, Qırğızıstan, Maldiv adaları, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanı ehtiva edir.

Təşəbbüs iştirakçı ölkələrin BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə uyğun inkişaf proqramlarının hazırlanması, maliyyələşdirilməsi və həyata keçirilməsi sahəsində potensialının gücləndirilməsinə yönəlib. Gözlənilir ki, layihə AİB-ə üzv ölkələrdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) daha səmərəli şəkildə nail olunmasına töhfə verəcək.

Bankda qeyd edirlər ki, layihənin nəticəsi DİM-lərə birbaşa töhfə verən daha keyfiyyətli proqram və layihələrin hazırlanması və icrası olacaq. Əsas gözlənilən nəticələr sırasında inkişaf proqramları və maliyyələşdirmə mexanizmlərinin 2030 Gündəliyi ilə uzlaşdırılması üzrə milli potensialın artırılması, ən yaxşı təcrübələr və layihələrin icrasından əldə olunan dərslər barədə biliklərin genişləndirilməsi, habelə nəticəyönümlü layihələndirmə və idarəetmə sahəsində bacarıqların möhkəmləndirilməsi yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti