Bakı. Trend:
Moskva vilayətinin Qorki-2 qəsəbəsində yerləşən elit məktəbə edilmiş qanlı hücumun bəzi təfərrüatları məlum olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisədən sonra polis tərəfindən saxlanılmış və artıq dindirilmiş doqquzuncu sinif şagirdi törətdiyi əməli etiraf edib.
Dekabrın 16-da o, balaklava taxaraq məktəbin binasına daxil
olub. O, əlində soyuq silah bir müddət dəhlizlərdə gəzərək sinif
otaqlarına baxıb və “hesablaşmaq” istədiyi riyaziyyat müəllimini
axtarıb.
Nəticədə onu dayandırmağa çalışan mühafizəçiyə hücum edərək, üzünə
bibər qazı spreyi püskürdüb və bıçaqla xəsarət yetirib. Daha sonra
o, daha bir şagirdi yaralayıb və dördüncü sinif şagirdini qətlə
yetirib.
15:32
xxx
Rusiyanın Moskva vilayətinin Qorki-2 qəsəbəsində elit məktəblərdən birinə silahlı hücum olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İlkin məlumata görə, hücumu həyata keçirən şəxs 15 yaşlı məktəblidir. O soyuq silahla məktəbin mühafizəçisi və iki şagirdə xəsarətlər yetirib.
Zərərçəkənlərdən biri – dördüncü sinif şagirdinin aldığı ölümcül yaradan dünyasını dəyişdiyi bildirilir.
İnsident vaxtı 100-ə yaxın şagird təhlükəsizlik məqsədilə idman zalına təxliyə olunub.
Hücumu həyata keçirən şəxs polis tərəfindən saxlanılıb.
