...

Müharibə veteranlarının bəzi rüsumlardan azad edilməsi təklif olunur

Cəmiyyət Materials 16 Dekabr 2025 12:42 (UTC +04:00)
Müharibə veteranlarının bəzi rüsumlardan azad edilməsi təklif olunur
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatı zamanı dövlət rüsumunun ödənilməsindən azad olunanların kateqoriyasına təltifi olan müharibə veteranlarının da daxil edilməsi məsələsinə baxılması məqsədəuyğun olar.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin bugünkü plenar iclasında deyib.

Millət vəkili bildirib ki, bu addım vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərin qorunması prinsiplərinə, habelə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini nəzərdə tutan normativ hüquqi aktların məqsədlərinə uyğundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti