Bakı. Trend:
“Barselona” Almaniyanın “Borussiya Dortmund” klubunda çıxış edən Yulian Ruersonu transfer etməyi nəzərdən keçirir.
Trend-in məlumatına görə, kataloniyalılar müdafiəçi Jül Kunde üçün daha sərfəli əvəzedici axtarışındadır və 28 yaşlı norveçli futbolçu klubun diqqət mərkəzinə düşüb.
Bildirilir ki, Ruersonun nümayəndələri ilə “Barselona” arasında artıq ilkin danışıqlar aparılıb. Lakin hazırkı mərhələdə konkret razılaşma əldə olunmayıb.
Yulian Ruersonun “Borussiya Dortmund”la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Məlumatlara görə, futbolçu yay transfer pəncərəsində klubunu dəyişməyə açıqdır.
Qeyd edək ki, Ruerson bu mövsüm Bundesliqada 13 oyunda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
