...

ABŞ-də dambanın uçması səbəbindən 50 minədək sakin təxliyə olunur

Turizm Materials 16 Dekabr 2025 08:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Sietl şəhəri yaxınlığında yerləşən Kinq qraflığının sakinlərinə təxliyə göstərişi verilib.

Trend xəbər verir ki, yaşayış məntəqəsinin yaxınlığındakı damba günlərdir davam edən aramsız leysan yağışlarına tab gətirməyərək uçub. Yaranmış təhlükəli vəziyyətlə əlaqədar olaraq təxminən 50 min sakinin təxliyəsi barədə göstəriş verilib.

Fəlakət zonasına xilasedici qüvvələr cəlb olunub. Bildirilir ki, dambanın uçması “Boeing” şirkətinin bölgədə yerləşən zavodu üçün də risk yaradıb.

Xəbər lenti

Xəbər lenti