Bakı. Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində Finlandiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 21,206 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 31,082 milyon dollar və ya 9,6 dəfə çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Finlandiyadan olan investisiyaların payı 0,4% təşkil edib.
Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində Finlandiya iqtisadiyyatına 10,934 milyon dollar sərmayə qoyub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,074 milyon dollar və ya 2,8 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Finlandiyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,5% təşkil edib.
2024-cü ilin ilk 9 ayı ərzində Finlandiyadan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 2,218 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 3,860 milyon dollar təşkil etmişdi.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.
