Bakı.Trend:
Xaçmaz rayonunda Aşura günü qanvermə aksiyası keçirilib.
Trend xəbər verir ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxasında Aşura günü könüllü qanvermə aksiyası təşkil olunub. Sakinlər gün ərzində xəstəxanaya yaxınlaşaraq qan veriblər.
Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz Rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizə orqanları rəhbərləri və sakinlər iştirak ediblər.
Aksiya zamanı həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.