Bakı. Trend:
Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində azalma qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,78 ABŞ dolları və ya 1,05% azalaraq, 73,4 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 74,68 dollar/barel, minimum isə 72,01 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 72,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,75 ABŞ dolları və ya 1,3% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 73,43 dollar/barel, minimum isə 70,7 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,9 ABŞ dolları və ya 1,55% azalaraq 57,2 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 58,53 dollar/barel, minimum isə 55,79 dollar/barel olub.
Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,28 dollar və ya 1,8% ucuzlaşaraq, 69,72 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 71,14 dollar/barel, minimum isə 68,16 dollar/barel təşkil edib.
Neftin növü / tarix |
30.06.2025 |
1.07.2025 |
2.07.2025 |
3.07.2025 |
4.07.2025 |
Orta qiymət |
Azeri LT CIF |
$72,01 |
$72,52 |
$73,61 |
$74,68 |
$74,17 |
$73,4 |
Azeri Light FOB Ceyhan |
$70,7 |
$71,21 |
$72,33 |
$73,43 |
$72,92 |
$72,12 |
Urals (EX NOVO) |
$55,79 |
$56,32 |
$57,44 |
$58,53 |
$58,01 |
$57,2 |
Dated Brent |
$68,16 |
$68,71 |
$69,85 |
$71,14 |
$70,73 |
$69,72 |