Bakı. Trend:
Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Qəbələ" klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.
Trend xəbər verir ki, anqolalı sağ cinah vingeri Paulo Quimbila "qırmızı-qaralar"ın heyətinə qoşulub. 19 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Paulonun son klubu Bəhreynin "Əl-Əhli" komandası olub.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Prins Ovusu və İsaak Amoahı transfer etmişdi.