...

Naxçıvanda ambulanslara daxili və xarici müşahidə kameraları quraşdırılıb - Nazir

Cəmiyyət Materials 5 İyul 2025 16:45 (UTC +04:00)
Naxçıvanda ambulanslara daxili və xarici müşahidə kameraları quraşdırılıb - Nazir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda Təcili Tibbi Yardım Xidmətinin fəaliyyətinin effektivliyini artırmaq məqsədilə ambulanslar daxili və xarici müşahidə kameraları ilə təmin edilib.

Bu sözləri Trend-ə özəl müsahibəsində Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov deyib.

Nazir qeyd edib ki, avtomobillərdə quraşdırılan GPS sistemi hərəkət istiqamətini və sürətini real vaxt rejimində izləyərək, koordinasiya mərkəzindəki işçilərə təcili tibbi yardım avtomobillərinin mövcud vəziyyətini asanlıqla təhlil etməyə imkan verir.

"103 çağrı mərkəzində quraşdırılan proqram təminatı, vahid koordinasiya mərkəzindən avtomobillərin idarə olunmasını tam şəkildə təmin edir", - deyə S.Sadıxov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti