Bakı. Trend:
"Kəpəz" klubu heyətinə yeni futbolçu cəlb edib.
Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mərkəz müdafiəçisi Pedro Qomes bölgə təmsilçisinə transfer olunub.
22 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Pedro Qomesin son klubu Portuqaliyanın "Boavişta" komandası olub.