...

OPEC+ avqustda neft hasilatını 548 min barel artıracaq

Dünya xəbərləri Materials 5 İyul 2025 21:51 (UTC +04:00)
OPEC+ avqustda neft hasilatını 548 min barel artıracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

OPEC və qeyri-OPEC ölkələrini birləşdirən OPEC+ alyansı 2025-ci ilin avqust ayı üçün gündəlik neft hasilatını 548 min barel artırmaq barədə razılığa gəlib.

Trend xəbər verir ki, təşkilat bu qərarı qlobal iqtisadiyyatın sabit proqnozları, bazarın möhkəm fundamental göstəriciləri və neft ehtiyatlarının aşağı səviyyəsi ilə əsaslandırıb.

Hasilat artımı alyansın səkkiz üzvü – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman, İraq, Qazaxıstan, Əlcəzair və Rusiya tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, razılaşdırılmış artım əvvəlki aylara nisbətən hasilatın sürətlənməsini göstərir. Belə ki, OPEC+ may, iyun və iyul aylarında planlaşdırılandan daha çox – hər ay üçün gündəlik 411 min barel artımla hasilatı genişləndirmişdi. Bu addımlar, neft qiymətlərində azalma tendensiyasına baxmayaraq, həyata keçirilmişdi.

Ekspertlər bu qərarı alyansın bazar payını bərpa etmək cəhdi və ABŞ Prezidenti Donald Trampın benzin qiymətlərinin aşağı salınması ilə bağlı çağırışlarına cavab kimi dəyərləndirirlər.

Hazırda OPEC+ dünya üzrə ümumi neft hasilatının təxminən 50 faizini təmin edir.

Xəbər lenti

Xəbər lenti