Beyləqan. Trend:
Xəbər verildiyi kimi, 3 iyul 2025-ci il tarixində Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhəri, Xocavənd qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, axtarışlar nəticəsində kanalda batmış 2011-ci il təvəllüdlü Qasımlı Əkbər Nizami oğlunun meyiti bu gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
XXX
17:39
Beyləqanda kanalda batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, Xanqızı kanalının rayon ərazisindən keçən hissəsində batan Eyvazallar kənd sakini Qasımov Əkbər Nizami oğlunun meyiti batdığı yerdən 100 metr aralıda aşkarlanıb.
Ə.Qasımovun nəşi sudan çıxaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.