...

Keniyalı idmançı 5000 metr məsafədə dünya rekordu qırıb

İdman Materials 6 İyul 2025 04:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Keniyalı atlet Beatris Çebet ABŞ-nin Oreqon ştatının Yucin şəhərində keçirilən Brilyant liqa mərhələsində 5000 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyən edib.

Trend xəbər verir ki, Çebet 13 dəqiqə 58,06 saniyə nəticə göstərərək rekordun yeni sahibi olub.

Əvvəlki rekord isə 2023-cü ilin sentyabrında efiopiyalı Qudaf Tseqay tərəfindən qoyulmuşdu.

Beatris Çebetin yaşı 25-dir. O, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada 5000 metr məsafəyə qaçış üzrə çempionluğa sahib çıxıb. Bundan əvvəl dünya çempionatlarında 2022-ci ildə gümüş, 2023-cü ildə isə bürünc medal qazanıb.

Xəbər lenti

Xəbər lenti