Bakı. Trend:
Avropadakı ABŞ qoşunlarının sayının azaldılması müzakirə mövzusu deyil.
Trend xəbər verir ki, bu barədə NATO-nun yeni baş katibi Mark Rutte açıqlama verib.
“Hazırda Avropadakı mövcudluğumuzu azaltmaqdan söhbət gedə bilməz. Bildiyimiz odur ki, avropalılar daha çox xərcləməlidirlər. Biz bunu artıq edirik”, – deyə Rutte bildirib.
O əlavə edib ki, qoşunların sayına gəldikdə, NATO üzvləri Avropada hərbi qabiliyyət boşluğunun olmaması barədə yekdil qərara gəliblər.