Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp güclü yağışlar və Qvadalupe çayının daşmasının səbəb olduğu daşqınlardan ən çox zərər çəkən Texas ştatının Kerr dairəsində fövqəladə vəziyyət elan edib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
ABŞ prezidenti qeyd edib ki, fövqəladə vəziyyətin tətbiqi “fövqəladə hallar xidmətinin personalına təcili olaraq lazımi resursların ayrılmasına” imkan verəcək.
Son məlumatlara görə, Texasın mərkəz hissəsindəki daşqınlar nəticəsində azı 59 nəfər ölüb. Texas qubernatoru Qreq Abbot daha əvvəl 850-dən çox insanın təxliyə edildiyini bildirib.