...

Türkiyədə bütün meşə yanğınları nəzarət altına alınıb - Əli Yerlikaya

Dünya xəbərləri Materials 6 İyul 2025 16:37 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 10 gündə baş verən bütün meşə yanğınları nəzarət altına alınıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya yanğınla bağlı vəziyyətin ən kəskin olduğu İzmir vilayətində deyib.

"İzmirdə 228 evə ciddi ziyan dəyib", - deyə o bildirib.

Türkiyə prezident adminitrasiyasının kommunikasiyalar İdarəsinin məlumatına görə, son 10 gündə ölkədə 761 meşə yanğını və ya ilin əvvəlindən baş verən bütün yanğınların 25 faizi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti