Bakı. Trend:
Yəmənin Hodeyda limanı sahillərində ticarət gəmisinə hücum edilib.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Kral Donanmasının Dəniz Ticarət Ofisi (UKMTO) öz saytında məlumat yayıb.
Bildirilib ki, gəmi bir neçə kiçik qayıq tərəfindən hücuma məruz qalıb. Həmin qayıqlardan atıcı silahlar və özüyeriyən qumbaraatanlardan atəş açılıb. Gəmidəki silahlı mühafizə qrupu cavab atəşi açıb. Vəziyyətin davam etdiyi bildirilir. Hücumla bağlı aidiyyəti orqanlar araşdırmalara başlayıb.
Qeyd olunub ki, insident Hudeydədən 51 dəniz mili cənub-qərbdə baş verib. UKMTO bölgədəki bütün gəmilərə ehtiyatlı olmağı və şübhəli fəaliyyətlər barədə dərhal məlumat verməyi tövsiyə edib.