...

Qubada 41 yaşlı kişi hamamda dəm qazından boğulub

Hadisə Materials 15 Dekabr 2025 09:19 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Qubada 41 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

Trend xəbər verir ki, hadisə dekabrın 15-i saat 00:10 radələrində Quba rayon Dağlı kəndində qeydə alınıb.

Belə ki, rayonun Dağlı kənd sakini 41 yaşlı Atayev Vüqar Qədirağa oğlu yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdrıma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti