...

Azərbaycandan Yunanıstana yanvar-oktyabr aylarında ixrac olunan təbii qazın həcmi açıqlanıb

Energetika Materials 15 Dekabr 2025 10:10 (UTC +04:00)
Azərbaycandan Yunanıstana yanvar-oktyabr aylarında ixrac olunan təbii qazın həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar–oktyabr aylarında Azərbaycandan Yunanıstana 392,8 milyon ABŞ dolları dəyərində 752,7 milyon kubmetr təbii qaz ixrac edilib.

Trend bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 72,6 milyon ABŞ dolları və ya 22,7 faiz artıb, həcm baxımından isə 16,6 milyon kubmetr və ya 2,2 faiz azalıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–oktyabr aylarında Azərbaycandan Yunanıstana 769,3 milyon kubmetr təbii qaz ixrac edilib və bu ixracın ümumi dəyəri 320,2 milyon ABŞ təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan ölkə xaricinə ümumilikdə 20,649 milyard kubmetr təbii qaz ixrac edilib. İxracın ümumi dəyəri 7,418 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, dəyər ifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3 faiz artım deməkdir, həcm baxımından isə ixrac 690,003 milyon kubmetr və ya 3,2 faiz azalıb.

Eyni zamanda, cari ilin ilk 10 ayında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 40,2 milyon ABŞ dolları və ya iki dəfə, həcm ifadəsində isə 243,6 milyon kubmetr və ya 49,1 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti