Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) "Total Finans" və "Stimul" kredit ittifaqlarına icrası məcburi göstəriş verib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
"Sözügedən kredit ittifaqları tərəfindən 2025-ci ilin III rübünə hesabatlar təqdim olunmadığından, “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Total Finans" və "Stimul" kredit ittifaqlarına bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi olan göstəriş verilmişdir", - məlumatda vurğulanıb.
