Bakı. Trend:
Dini dünya görüşü və bilikləri olan din xadimlərinə böyük ehtiyacımız var.
Trend xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, bu gün cəmiyyətdə ən çox müzakirə edilən mövzular dini mövzulardır:
"Azərbaycan cəmiyyətində dinlə bağlı biliklər ailə, kütləvi informasiya vasitələri, təsadüfi adamlar və yas və mərasimi aparan mollalardır. Dinlə bağlı məlumatları əsasən bu üç mənbədən alırıq.
Ailələrimizin hamısının dini bilikləri varmı? Dini bilikləri
olan ailələrin dini bilikləri qaneedicidirmi? KİV və təsadüfi
insanlar dini biliklər almaq üçün nə qədər etibarlıdır? Sosial
şəbəkələrdə dinlə bağlı yanlış məlumatlar yayılır.
Bu gün Azərbaycanda kifayət qədər bilikli din xadimləri var. Amma
dini ayinlər keçirən həmin şəxslərin heç də hamısı qaneedici deyil.
Dini dünya görüşü və bilikləri olan din xadimlərinə böyük
ehtiyacımız var.
Dini biliklər almaq üçün ən etibarlı mənbə tehsil və məktəb ola bilər. Dini radikalizm, xurafat, məzhəbçilikə mübarizə, milli-mənəvi dəyərlərin təbliğində ən potensial mənbə təhsil müəssisələridir. Bu gün burada bu məsələləri müzakirə edəcəyik".
