...

Çin Yaponiyanın keçmiş yüksək rütbəli hərbçisinə sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 15 Dekabr 2025 08:53 (UTC +04:00)
Çin Yaponiyanın keçmiş yüksək rütbəli hərbçisinə sanksiyalar tətbiq edib

Bakı. Trend:

Çin Yaponiyanın Özünümüdafiə Qüvvələrinin Birgə Qərargahının keçmiş rəisi Şiqeru İvasakiyə qarşı sanksiyalar tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi bildirib.

"Şigeru İvasaki "Tayvanın müstəqilliyini" müdafiə edən separatçı qüvvələrlə açıq şəkildə əlbir olub, "vahid Çin" prinsipini və Çin ilə Yaponiya arasındakı siyasi sənədlərin ruhunu ciddi şəkildə pozub, Çinin daxili işlərinə ciddi şəkildə müdaxilə edib və Çinin suverenliyinə və ərazi bütövlüyünə ciddi şəkildə xələl gətirib", - deyə nazirliyin bəyanatında qeyd olunub.

Sanksiyalar ilə Ş.İvasakinin daşınar və daşınmaz əmlakının, eləcə də Çindəki digər əmlak növlərinin dondurulması nəzərdə tutulur.

Çindəki təşkilatlara və fərdlərə Ş.İvasaki ilə iş görmək, əməkdaşlıq etmək və ya başqa cür fəaliyyət göstərmək qadağandır. Onun həmçinin Çinin materik hissəsinə, Honkonqa və Makaoya girişi də qadağandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti