Bakı.Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Dekabrın 13-də və 14-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı aşkar edilib.
Qeyd edilib ki, iki gün ərzində həmçinin 1 pulemyot, 3 tapança, 2 qumbara, 14 tüfəng, 30 patron darağı və 590 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
