...

Klublararası dünya çempionatının yarımfinal oyunları üçün biletlərin qiyməti xeyli düşüb

İdman Materials 6 İyul 2025 16:17 (UTC +04:00)
Klublararası dünya çempionatının yarımfinal oyunları üçün biletlərin qiyməti xeyli düşüb

Bakı. Trend:

"Çelsi" və "Fluminense" futbol klubları arasında keçiriləcək klublararası dünya çempionatının yarımfinal matçının biletlərinin qiyməti üç gün ərzində 35 dəfədən çox, yəni 473,9 dollardan 13,4 dollara düşüb.

Trend-in məlumatına görə, bu barədə "The Athletic" nəşri xəbər verib.

İngiltərə və Braziliya klubları arasında oyun iyulun 8-də Nyu Cersi ştatının İst-Raterford şəhərində, 80 min tamaşaçı tutumlu MetLife Stadiumunda keçiriləcək.

Eyni zamanda, adətən baha olan stadionun aşağı yerlərinə biletlərin qiyməti 44,60 dollar, "Real Madrid" və "PSJ" arasında iyulun 9-da eyni stadionda keçiriləcək digər yarımfinal matçının biletləri isə 200 dollardan başlayır (2 iyulda 978 dollar olub).

Xəbər lenti

Xəbər lenti