...

İlon Mask "Amerika" Partiyasını qeydiyyatdan keçirmək üçün sənədlər təqdim edib

Dünya xəbərləri Materials 6 İyul 2025 19:47 (UTC +04:00)
İlon Mask "Amerika" Partiyasını qeydiyyatdan keçirmək üçün sənədlər təqdim edib

Bakı. Trend:

İş adamı İlon Maskın təşkil etmək niyyətində olduğu "Amerika" Partiyasının yaradılması ilə bağlı bəyanat ABŞ Federal Seçki Komissiyasının (FEC) məlumat bazasında yerləşdirilib.

Trend-in məlumatına görə, sənəddə namizəd kimi İlon Mask özü qeyd edilib. Tesla-nın baş maliyyə direktoru və əslən Hindistanlı Vaibhav Taneja xəzinədar və qeydlər aparan kimi göstərilib.

Məlumat bazasına həmçinin "Amerika" Partiyasının Milli Komitəsinin, həmçinin "X" Partiyasının və "DOGE" (Maskın nəzarət etdiyi Hökumətin Səmərəliliyi Departamenti ilə eyni adı daşıyır) yaradılması üçün ərizələr daxildir - lakin bu sənədlərdə nə Maskın, nə də Tanejanın təfərrüatları göstərilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti