Bakı. Trend:
“Turan Tovuz” futbol klubu “Traktor” komandası ilə yoldaşlıq oyunu keçirməyə hazırlaşır.
Trend xəbər verir ki, bu barədə Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev sosial şəbəkə hesabında paylaşım edib.
Görüşün iyulun 29-da Türkiyənin Bolu bölgəsində baş tutacağı ehtimal olunur.
Qeyd edək ki, İran çempionu “Traktor” yeni mövsümün hazırlıqlarına iyulun 8-dən etibarən Türkiyədə başlayacaq.