...

U-16 oğlanlardan ibarət basketbol millimiz Avropa çempionatında Andorraya uduzub

İdman Materials 7 İyul 2025 01:44 (UTC +04:00)
U-16 oğlanlardan ibarət basketbol millimiz Avropa çempionatında Andorraya uduzub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Albaniyada keçirilən Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

Trend xəbər verir ki, B qrupunda yer alan yığmamız ikinci turda Andorra komandası ilə qarşılaşıb və 42:52 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi turnirin ilk oyununda San Marino üzərində inamlı qələbə qazanaraq 105:60 hesabı ilə üstün olmuşdu.

Növbəti qarşılaşmalarda komandamız iyulun 9-da saat 19:00-da Lüksemburq, iyulun 10-da isə saat 23:30-da Cəbəllütariq yığması ilə üz-üzə gələcək.

Xəbər lenti

Xəbər lenti