...

Paytaxtda nənəsinin qızıllarını oğurlayan şəxs islah işlərinə cəlb edildi

Hadisə Materials 7 İyul 2025 09:39 (UTC +04:00)
Paytaxtda nənəsinin qızıllarını oğurlayan şəxs islah işlərinə cəlb edildi
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bayramda qonaqlığa getmək üçün Nənəsinin qızıllarını oğurlayan şəxs 2 il müddətə islah işlərinə cəlb edilib.

Trend-in məlumatına görə, hadisə cari ilin mart ayında baş verib.

Təqsirləndirilən şəxs bildirib ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində nənəsi zərərçəkmişlə birgə yaşayır. Nənəsinin qızılının, həmçinin özünün deməsinə görə “kəfən pulu” kimi yığdığı 2 000 manat pulunun olduğunu özündən eşidib, lakin harada gizlətməsini bilməyib. “Novruz Bayramı”ndan əvvəl, yəni 2025-cı ilin mart ayının ortalarında nənəsi qızılını və pulunu yatdıqları yataq otağındakı paltar dolabının altında düyü torbasında gizlədərkən görüb, lakin konkret olaraq düyü torbasında nə qədər pulunun və ya nə kimi qızılının olmasına əhəmiyyət verməyib. Hadisə günü yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsindəki tanışları ilə “Novruz Bayram”ı qeyd edərkən razılaşlıblar ki, növbəti gün hansısa restoranda bayramı daha dəbdəbəli keçirsinlər. Lakin onun pulu olmayıb daha sonra yadına düşüb ki, qərara gəlib ki, nənəsinin qızıllarından birini götürərək satıb qonaqlığı yola versin.

O evə gələrkən darvazanın bağlı olduğunu görüb başa düşüb ki, nənəsi evdə deyil. Daha sonra evə daxil olaraq nənəsinin qızıllarından oğurlaması üçün əlverişli şərait yaranıb. Daha sonra nənəsinin qızılları gizlətdiyi torbanın içindəki bankanı çıxardıb, onu içərisində dəsmala bükülmüş mirvari sep, qolbaq və 2 000 manat nağd pul var. Nənəsinin 2 000 manatı uzun illərdir halal pul kimi, yəni pensiyasından özünün dediyi kimi “kəfən pulu” olaraq topladığından həmin pula və sata bilməyəcəyi mirvari sepə toxunmaylb

O, bankadan 1 ədəd qolbaq götürüb pulu və mirvari sepi səliqə ilə bankaya qoyub yenidən məhəlləyə qayıdıb. O daha sonra ana və atasının yaşadığı ünvana gedib. Həmin tarixdə nənəsi qolbağının oğurlanmasını bilib DİN-in "1N2” Xidməti zəng mərkəzinə şikayət edib. O nənəsinin evinə qayıdarkən küçədə polis əməkdaşlarını görüb həmin gecəni evə gəlməyib.

Sabunçu rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzası təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti