...

Peşə təhsilində dövlət sifarişli yerlərin sayı 64 faiz artıb - Nazirlik

Cəmiyyət Materials 7 İyul 2025 10:25 (UTC +04:00)
Peşə təhsilində dövlət sifarişli yerlərin sayı 64 faiz artıb - Nazirlik
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə aparılıb.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında məlumat verilib.

Bildirilib ki, ilk dəfə olaraq bu il Naxçıvan Muxtar Respublikasında tələbə qəbulu elektron şəkildə həyata keçirilib və 453 nəfər qəbul olub.

"Bu il peşə təhsili müəssisələrinə ümumilikdə 24 821 nəfər qəbul olunub. Onlardan 15 890 nəfəri kişi, 8 931 nəfəri (36%) qadındır. 21 179 nəfər (85%) dövlət sifarişli, 3 642 nəfər isə ödənişli əsaslarla peşə təhsili müəssisələrinə qəbul olunub.

Müraciət edənlərin orta yaşı 22, ən aşağı yaş 14, ən yüksək yaş isə 69 olub. Həmçinin 74 nəfər ali təhsilli, 244 nəfər orta ixtisas təhsilli şəxs, 66 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 21 faiz artıb.

Qəbul planında son 4 ildə dövlət sifarişli yerlərin sayı 64 faiz artıb. Bu, 2021-2022-ci tədris ilində 14 160, 2022-2023-cü tədris ilində 16 040, 2023-2024-cü tədris ilində 18 290, 2024-2025-cü tədris ilində isə 23185 nəfər olub", - deyə məlumatda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti