...

25 mindən artıq şagird məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunacaq

Cəmiyyət Materials 7 İyul 2025 10:32 (UTC +04:00)
25 mindən artıq şagird məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ildən etibarən məktəbdənkənar təhsil müəssisələrinə şagird qəbulu ilk dəfə olaraq elektron sistem vasitəsilə həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında məlumat verilib.

Bildirilib ki, pilot layihə çərçivəsində 20 müəssisəni əhatə edən bu yenilik nəticəsində 13000-dən çox müraciət qeydə alınıb və 10000 şagird məktəbdənkənar təhsil müəssisələrinə qəbul olunub.

"2025-ci ildə elektron sistemin əhatə dairəsi genişləndirilərək pilot müəssisələrin sayı 50-yə çatdırılıb. 50 müəssisədə həyata keçiriləcək elektron qəbulda 25000-dən artıq şagirdin məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunacağı proqnozlaşdırılır.

Hazırda məktəbdənkənar təhsil sahəsində ümumilikdə 29 idman növü və optimallaşdırma nəticəsində 10 istiqamət üzrə 73 adda dərnək fəaliyyət göstərir", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti