...

Günəşdə güclü partlayış – plazma tullantısı Yerə çata bilər

Dünya xəbərləri Materials 7 İyul 2025 11:19 (UTC +04:00)
Günəşdə güclü partlayış – plazma tullantısı Yerə çata bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Günəşdə 1 milyon kilometrə qədər uzanan və Yerə çatma ehtimal olan plazma tullantısı qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Günəş Astronomiyası Laboratoriyasının rəsmi “Telegram” kanalında məlumat yayılıb.

“Bu gün 03:00 – 07:00 arasında (Bakı vaxtı ilə 04:00-08:00) Günəşdə, böyük ehtimalla bu ilin ən güclü və tam dəqiq olaraq bu ilin ən effektiv protuberans tullantısı baş verib.

Kosmosa təxminən 1 milyon kilometr uzunluğunda plazma lifi atılıb, hərəkəti zamanı isə qızmış qazdan ibarət fırlanan qasırğanaya bənzər bir quruluş yaradıb”, – deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti