...

İlon Maskın siyasi partiya yaratmaq planı gülüncdür - Donald Tramp

Dünya xəbərləri Materials 7 İyul 2025 04:31 (UTC +04:00)
İlon Maskın siyasi partiya yaratmaq planı gülüncdür - Donald Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp iş adamı İlon Maskın siyasi partiya yaratmaq planlarını tənqid edib və bu ideyanı “gülünc” adlandırıb.

Trend-in məlumatına görə, Tramp bu fikirləri jurnalistlərlə söhbəti zamanı səsləndirib.

“Mən üçüncü partiyanın yaradılmasını gülünc hesab edirəm. Biz Respublikaçılar Partiyası ilə böyük uğur qazanmışıq. ABŞ-da həmişə ikipartiyalı sistem olub”, – deyə o bildirib.

Tramp əlavə edib ki, üçüncü partiyanın yaradılması ölkədə qarışıqlıq yarada bilər və Respublikaçı və Demokrat partiyalarından başqa heç bir siyasi qüvvənin uğurlu olma şansı yoxdur.

“O, əylənə bilər, amma bu, işləməyəcək”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, daha əvvəl İlon Mask ABŞ Federal Seçki Komissiyasına (FEC) “Amerika” (America Party, AMEP) adlı yeni siyasi partiyanın qeydiyyatı üçün rəsmi müraciət təqdim edib.

Xəbər lenti

Xəbər lenti