...

Polşa ordusu "Təhlükəsiz Qərb" adlı xüsusi əməliyyata başlayıb

Dünya xəbərləri Materials 7 İyul 2025 11:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa ordusu Almaniya ilə sərhəddə “Təhlükəsiz qərb” adlı xüsusi əməliyyat keçirir.

Trend xəbər verir ki, bu haqda ölkənin milli müdafiə naziri Vladislav Kosniyak-Kamış öz “X” səhifəsində yazıb.

“Polşa qoşunları Almaniya ilə sərhəddə sərhəd mühafizə xidməti və polisə dəstək göstərir. Eyni zamanda, biz Litva ilə sərhəddə fəaliyyətimizi genişləndiririk”, - deyə o bildirib.

Ümumilikdə əməliyyata beş minə yaxın polşalı hərbçi səfərbər olunub.

Qeyd edək ki, bazar ertəsindən etibarən rəsmi Varşava Almaniya və Litva ilə sərhəddə müvəqqəti sərhəd nəzarətinin tətbiqinə başlayıb.

İyulun 3-də Polşanın baş qərargah rəisi Veslav Kukula Almaniya və Litva ilə sərhədlərin mühafizəsinin gücləndirilməsinə 5 min hərbçinin cəlb olunacağını elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti