...

İcraçı direktor ABB səhmlərinin ucuzlaşmasına münasibət bildirib

İqtisadiyyat Materials 7 İyul 2025 15:51 (UTC +04:00)
İcraçı direktor ABB səhmlərinin ucuzlaşmasına münasibət bildirib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankının səhmlərinin qiymətinin ucuzlaşması post-dividend dövrünə təsadüf edir.

Trend xəbər verir ki, bu sözləri ABB İnvest İnvestisiya şirkətinin İcraçı direktoru Nadir Babazadə qurumun fəaliyyətinə dair mətbuat konfransında deyib.

O qeyd edib ki, dividenddən sonra səhmlərin qiymətinin ucuzlaşması tam normal bir haldır:

"Çünki artıq dividendin qiyməti öz əksini tapmışdı. Dividend alışı həyata keçiriləndən sonra bəzi müştərilər satış həyata keçirdi, bəziləri isə gözləmə mövqeyindədir. ABB uzun illərdir davamlı olaraq dividend ödəyir, xalis mənfəətin görə, aktivlərinə görə lider bankdır. Ən əsası bütün məlumatlar şəffaf şəkildə paylaşılır. İnvestisiya tövsiyyəsi olmasa da, subyektiv fikirlərimə görə, ABB səhmlərinin ucuzlaşmasını bir fürsət kimi görmək olar", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti