...

Asiyada Ronaldonun ilk muzeyi açılıb

Dünya xəbərləri Materials 7 İyul 2025 15:43 (UTC +04:00)
Asiyada Ronaldonun ilk muzeyi açılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Honqkonqda məşhur portuqal futbolçu Kriştiano Ronaldoya həsr olunmuş Asiyanın ilk müvəqqəti muzeyi açılıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, muzeyə baş çəkmək üçün yüzlərlə azarkeş, bir çoxu üzərində futbolçunun adı yazılmış köynəklərdə, səhər tezdən K11 Musea ticarət-sərgi kompleksinin qarşısında növbəyə düzülüb.

Biletlər saatda maksimum 500 ziyarətçi olmaqla satılır. Hazırda Honqkonqdakı bu müvəqqəti muzeyin bir il ərzində açıq qalacağı gözlənilir, lakin ziyarətçi marağı yüksək olaraq qalarsa, fəaliyyət müddətinin uzadılması da mümkündür.

Jurnalistlər muzeyə rəsmi açılışdan əvvəl buraxılıb. Ekspozisiya təkcə 40 yaşlı Ronaldonun idman yolunu deyil, həm də onun ailəsi, uşaqlıq illəri və futboldakı ilk addımları barədə vizual məlumatları əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti