...

İspaniyada qanlı öküz qaçışı - Beş nəfər yaralanıb

Dünya xəbərləri Materials 7 İyul 2025 11:33 (UTC +04:00)
İspaniyada qanlı öküz qaçışı - Beş nəfər yaralanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın Pamplona şəhərində (Navarra muxtar bölgəsi) bu il keçirilən San-Fermin festivalı çərçivəsində baş tutan ilk öküz qaçışı zamanı azı altı nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə Qırmızı Xaç təşkilatının yerli şöbəsi məlumat yayıb.

Ənənəvi olaraq, qaçış yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 10:00-da) başlayıb və təxminən üç dəqiqə davam edib.

Navarranın himayədarı müqəddəs Fermin şərəfinə təşkil olunan festival bir həftəyə yaxın davam edir. Bu müddət ərzində hər gün “ensyerro” adlanan öküz qaçışları keçirilir. Bu yarışlarda yüzlərlə insan qapalı məhəccərdən buraxılan buğaların qarşısında dar küçələrlə bir neçə dəqiqə qaçaraq iştirak edir.

Qaçışlarda həm yerli sakinlər, həm də turistlər iştirak edə bilirlər. Bir çox iştirakçı həyəcanı artırmaq üçün bilərəkdən öküzlərə çox yaxın məsafədə qaçır.

Hər il festival çərçivəsində keçirilən qaçışlar zamanı iştirakçılar arasında xəsarət alanlar olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti