...

Yəmənli silahlılar İsrailə raket və dronlarla hücum edib

Dünya xəbərləri Materials 7 İyul 2025 14:12 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəmənin “Ənsar-Allah” hərəkatından olan husi döyüşçülər raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə İsrailə silsiləvi zərbələr endirdiklərini bildiriblər. İddiaya görə, zərbələr İsrailin Ben-Qurion aeroportuna (Təl-Əviv), Aşdod və Eylat dəniz limanlarına, eyni zamanda, Aşkelon elektrik stansiyasına tuş gəlib.

Trend xəbər verir ki, bu haqda hərəkatın nümayəndəsi Yəhya Sariya bəyanat yayıb.

Onun sözlərinə görə, bu, İsrailin Yəmənin Hodeydə, Ras-İsa və Əs-Salif limanlarına, eləcə də, Ras-əl-Xatib elektrik stansiyasına hücumuna cavab olub

Sariya qeyd edir ki, qiyamçılar İsrail ərazisinə 11 raket və dron buraxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti