...

Bakıda oğurluq edən 2 şəxs saxlanılıb

Hadisə Materials 7 İyul 2025 17:09 (UTC +04:00)
Bakıda oğurluq edən 2 şəxs saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Nizami rayonu ərazisində yerləşən dayanacaqların birindən “Toyota” markalı avtomobilin 7980 manat dəyərində ehtiyat hissələri oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı C.Məmmədov saxlanılıb.

Rayon ərazisində yerləşən mağazaların birindən 1170 manat pul oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 63 yaşlı Ş.İmanquliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti