...

Xankəndi Dövlət Dram Teatrının bərpasına başlanılacaq

Cəmiyyət Materials 7 İyul 2025 20:02 (UTC +04:00)
Xankəndi Dövlət Dram Teatrının bərpasına başlanılacaq
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Xankəndi şəhərində yerləşən Dövlət Dram Teatrının binasının bərpa işlərinə başlanılacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilir ki, bərpa işlərinə 2025-ci il ərzində başlanılması planlaşdırılır.

Qeyd edək ki, Xankəndi Dövlət Dram Teatrının binası 1932-ci ildə inşa edilərək istifadəyə verilib. 1949-cu ildə binanın konstruksiyasına müəyyən əlavələr edilib. Bina sovet dövrü memarlığının əsas xüsusiyyətlərini özündə əks etdirir.

Teatr binası XX əsrin memarlıq abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli qərarı ilə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti