...

Abşeronda partlayışın baş verdiyi əraziyə 3 təcili tibbi yardım briqadası cəlb edilib - TƏBİB

Cəmiyyət Materials 7 İyul 2025 22:37 (UTC +04:00)
Abşeronda partlayışın baş verdiyi əraziyə 3 təcili tibbi yardım briqadası cəlb edilib - TƏBİB
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 7-də saat 21:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə çağırış daxil olub.

TƏBİB-dən Trend-in soğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti