Bakı. Trend:
Türkiyənin Balıkesir şəhərinin Dursunbay rayonunda açıq ərazidə baş verən yanğın meşəyə keçib.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, əraziyə bir helikoper, üç təyyarə və digər texniki vasitələr, həmçinin yüz nəfərlik şəxsi heyət cəlb olunub.
Məlumata görə, ərazidə yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Hadisənin hansı səbəbdən baş verməsi barədə hələ ki, heç bir məlumat verilmir.