...

Sabunçuda soyğunçuluq edənlər saxlanılıblar

Hadisə Materials 7 İyul 2025 14:37 (UTC +04:00)
Sabunçuda soyğunçuluq edənlər saxlanılıblar
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bakının Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iki naməlum şəxs zərərçəkənin 3000 manat dəyərində mobil telefonunu zor tətbiq edərək ələ keçiriblər.

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 və 16 yaşlı Bakı şəhər sakinləri saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti