Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Ukraynaya çox kömək göstərdiyini bəyan edib.
Trend xəbər verir ki, bu barədə Tramp Ağ Evə toplaşmış jurnalistlərə verdiyi açıqlamada danışıb.
“Mən Ukraynaya kömək edirəm. Onlara çox kömək edirəm. Bu müharibə heç vaxt başlamamalı idi. Mən prezident olsaydım, indi Rusiya ilə müharibə olmazdı”, - deyə Tramp deyib.
Xatırladaq ki, bundan əvvəl Tramp Ukraynaya hava müdafiəsi üçün "Patriot" zenit-raket komplekslərinin lazım olduğunu vurğulayaraq, “onlar buna ehtiyac duyacaq, çünki ciddi zərbələr alırlar” demişdi.