...

Tayvanda “Danas” qasırğası insan tələfatına səbəb oldu

Dünya xəbərləri Materials 7 İyul 2025 19:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tayvanda “Danas” qasırğası iki nəfərin ölümünə, 500-dən çox insanın isə xəsarət almasına səbəb olub.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, qasırğanın mərkəzində küləyin sürəti saatda 220 kilometrə çatıb. Təbii fəlakət səbəbindən ölkənin qərbində müəssisələr və məktəblər bağlanıb. Güclü külək elektrik naqillərini qırıb, 700 min ev işıqsız qalıb.

Qasırğa 300-dən çox aviareysin ləğv olunması və dəmiryolu hərəkətinin dayanması ilə nəticələnib.

Sinoptiklər qeyd ediblər ki, qasırğa həftənin sonunda Çinin şərq sahillərinə çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti