Bakı. Trend:
2025-ci ilin ilk altı ayı ərzində dərmandan zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 275 nəfər qəbul edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib.
"Həkimlərin səylərinə baxmayaraq onlardan 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb",- deyə R.Məmməd əlavə edib.
Qeyd edək ki, ötən il dərmandan zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 507 nəfər qəbul edilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si (3 nəfər qadın cinsli, 4 nəfər kişi cinsli) dünyasını dəyişib.